Ukraynada Rusiya xüsusi xidmət orqanlarına işləyən general həbs olundu

Ukraynada Rusiya xüsusi xidmət orqanlarına işləyən general həbs olundu

Fevralın 14-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya Təhlükəsizlik Xidmətinə (FSB) işləməkdə itiham edilən general-mayor Valeriy Şaytanovu həbs edib.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, həbs edilən general-mayor V.Şaytanovun Rusiyanın FSB agenti olduğunu sübut edən kifayət qədər dəlil toplanıb. V.Şaytanov dövlətə xəyanətdə və terror hücumlarında şübhəli bilinir. İstintaq general-mayor V.Şaytanovun Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Ukraynada terror aktları həyata keçirtməyi planlaşdırdığına dair sübutlara malikdir.

V.Şaytanovun Adam Osmayevə qarşı sui-qəsd planlaşdırılmasında da adı hallanır. Bu, xüsusilə terror aktlarının hazırlanmasında planlaşdırdığı söhbətlərin səs yazılarında qeydə alınıb.

Kəşfiyyat məlumatlarına görə A.Osmayevin qətlinin təşkili ilə bağlı səs yazıları 2019-cu ilin oktyabr-noyabr və 2020-ci ilin fevral ayında qeydə alınıb. Təhlükəsizlik Xidməti əlavə edib ki, V.Şaytanovun gizli görüşləri Fransa, Almaniya, Xorvatiya və Ukraynada baş tutub.

Qeyd edək ki, general-mayor V.Şaytanov Ukrayna Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyat Mərkəzinin keçmiş rəhbəri olub.

KATEQORIYA:
Bu xəbəri paylaş