Ukraynada unikal radiolakasiya sistemi yaradılıb

“Ukrspeçtexnika” şirkətində hazırlanan “Biskivit” səyyar radiolakasiya sistemi ballistik və digər tip hava obyektlərinin uçuş trayektoriyasını qiymətləndirmək üçündür. “AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumatına görə, “Biskivit” kompleksi artileriya mərmilərinin topdan çıxan zaman sürətini ölçür, trayektoriyaya uyğun şəkildə avtomatik olaraq, prosesi izləyir, vaxtı ölçür və yekun çıxardır.

Kompleksin mütəxəssisləri qurğunun beynəlxalq standartlara cavab verdiyini deyirlər.
K-375B – KUNQ bazasında olan kompleksin elektron avadanlıqları qurğunun xaricində və daxilində yerləşdirilib.

Kompleks KrAZ markalı maşının üzərində quraşdırılıb.
Kompleksin həyətinin rahat işləməsi üçün mümkün imkanlar yaradılıb. Aparatın kabinası kondissionerlə də təmin olunub.

Kuzanın arxa bölməsində yekun sənədləri analiz edtmək üçün yer və materialların çap olunması məqsədilə printer tipli avadanlıq quraşdırılıb.

Kompleks döyüş zamanı artileriya qurğusundan 100-200 metr kənarda dayanmalıdır.
Qurğuda quraşdırılan cihaz, topdan mərmi çıxdıqdan dərhal sonra onu aşkar edir və izləməyə başlayır.

Bütün bu proses – atəş anı, ilkin sürət, məsafə, radial sürət, azimut və mərminin düşdüyü
yer məlumatların araşdırlması mərkəzinin prosestoruna ötürülür.

“Ukrspeçtexnika” müəssisəsinin nümayəndəsi Vera Koşevoyun sözlərinə görə, kompleksin düzəldilməsi ilə bağlı bütün işlər yekunlaşıb və “Biskivit” zavoddaxili sınaqlarını da bitirib.
Artıq Ukrayna Müdafiə Nazirliyi məhsulun alınmasında maraqlı olduğunu açıqlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş