Ukraynada yeni PUA-nın təqdimatı keçirilib – FOTOLAR

Ukraynada yeni yaradılan pilotsuz uçuş aparatının (PUA) təqdimatı keçirilib.

“AzeriDefence”nin Ukraynanın hərbi televiziyasına istinadən verdiyi məlumatına görə, təqdimat Dövlət Hərbi elmi-tədqiqat mərkəzinin Çerniqova yaxınlığındakı hava limanında reallaşıb.

A1-S “Furiya” adlandırılan PUA-nın buna qədər hərbi əməliyyatlar keçirilən Donbas bölgəsində sınaqdan çıxarıldığı da bəlli olub.

Aparat “Atlon Avia” müəssisəsi tərəfindən yaradılıb.

PUA-nın özəlliklərindən biri aşağı temperaturda uçuş həyata keçirmək qabiliyyətinə malik olması və çəkisinin yüngüllüyüdür.

“Furiya”nın texniki tarakteriskası haqda isə ətraflı məlumat verilməyib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş