Ukraynada yeni pulemyot yaradılıb – VİDEO

Ukrayna hərbi sənayesi yenilənmiş “Predator 4.0” (Xişnik) adlı pulemyotu nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, silahın nümayişi Xarkovda keçirilib.

Bildirilib ki, “Predator 4.0” piyadanın taktik pulemyotunun bazasında Xarkov Fərdi müdafiə vasitələri zavodunda yaradılıb.

İstehsalçıların sözlərinə görə, silah tam olaraq milli məhsuldur. Məhsulun unikallığı onunla bağlıdır ki, silahın təchizat çantası metaldandır və 7,62 çaplı 550 patron üçün nəzərdə tutulub.

ABŞ istehsalı olan patron ehtiyatının saxlandığı bu çantadan silaha mərmini gətirən daraq da elastikdir.

Silahın mövcud texniki xarakteriskası döyüş zamanı fasiləsiz atəş açmağa və manevr etməyə imkan verir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş