Ukraynada yeni tip təyyarə yaradılır

Ukrayna Hərbi Hava Qüvvələri radiolokasiya qurğularını aşkarlamaq imkanlarına malik yeni təyyarə ilə təchiz edilə bilər.
 “AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, təyyarə Ukraynanın “Antonov” dövlət müəssisəsində An-148DRLOU adı ilə yaradılacaq.
An-148DRLOU təyyarəsinin konsepsiyası daha əvvəl Ukraynanın Hərbi Hava Qüvvələrləri komandanlığına, Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim edilib.
Uzaq məsafəli radiolakasiyanın aşkar edilməsi və yerli təyyarənin planlaşdırılması üzrə işlərə bir neçə il əvvəldən başlanılıb.
Təyyarə kənarlarında 2 qat radar sisteminə malik olacaq. Radarın 360 dərəcə ətraf və 400 km uzaqlıqda aşkar etmə imkanı var.
Düşmənin qarışdırıcı siqnallarına baxmayaraq, düşmən təyyarəsini 350 km-də görə biləcək. Bundan başqa təyyarə 25 km yüksəkdəki hədəfi görə bilmə qabiliyyəti olacaq. 
KATEQORIYA:
Bu xəbəri paylaş