Ukraynada yeni hücum tüfəngi yaradılıb

Ukraynanın “Mayak Zavodu” İstehsalat Birliyi “Hopak” adlı yeni hücum tüfəngi istehsal edib.

Bu barədə “AzeriDefence”yə UKROBORONPROM Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

Tüfəngin kalibri 7,62х39, çəkisi 5 kq, sürətli atışı 1 dəqiqədə 30 atəşdir. Zərurət yarandıqda isə tüfəng səsboğucu ilə də təchiz oluna bilər.

Dövlət standartlarına uyğun olaraq testlərdən keçdikdən sonra tüfəng silahlanmaya alınacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş