Ukraynada zirehli MAZ yaradılıb – FOTOLAR

 

Ukraynada MAZ-6317-nin şassisi (bazası) üzərində yeni zirehli hərbi avtomobil yaradılıb.

“AzeriDefence”nin məlumatına görə, Ukraynanın “Praktika” və “Boqdan” şirkətlərinin işbirliyi sayəsində MAZ-6317-nin bazasında zirehli maşın hazırlanıb.

Avtomobil şəxsi heyətin təhlükəsiz daşınması və zəruri əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub.

Maşına “Boqdan-6317” adı verilib.

Texnikanın sürücü kabinası və yük (şəxsi heyət) daşımaq üçün nəzərdə tutulan hissəsi “Stanag-1” keyfiyyətində hazırlanıb.

Bundan başqa maşının yanacaq çəni və digər zəruri hərəkət bölmələri də zirehlə əhatələnib.

Avtomobilin çəkisi zireh və əlavə elementlər nəzərə alınmaqla 4,5 tondur.

Maşının insan daşıma imkanı isə 23 nəfərdir.

2

3

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş