Ukraynadan yeni minaatan – “Molot”

Ukrayna Müdafiə Sənayesi “Ukroboronprom” Dövlət Şirkətinə daxil olan “Mayak” zavodu “Molot” adlı yeni minaatan istehsal edib.

“Ukroboronprom”dan “AzeriDefence”yə verilən məlumata görə, silah 1 dəqiqəyə 12 dəfə atəş aça, 7 km məsafədə hədəfi məhv edə bilir.

Silah artıq Kiyevdə ötən ay keçrilən sərgidə nümayiş olunub. Minaatan döyüşə hazır vəziyyətdə olan çəkisi 210 kq-dır.

Texniki xarakteriskasına gəlincə, “Molot” yıvsiz çətin sistemə malikdir. Silahın xüsusi qoruyucusu ağız bölmədə yerləşir.

Hazırda silahın dövlət standartı üzrə sınaqları keçirilir. Bu sınaqların yekun rəyindən sonra “Molot”un ordunun silahlanmasına verilib-verilməyəcəyinə dair qərar veriləcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş