Ukraynana yeni “An-132D” hərbi nəqliyyat təyyarəsini nümayişə çıxarır

Ukraynanın “Antonov” şirkəti yeni “An-132D” hərbi nəqliyyat təyyarəsinin beynəlxalq səviyədə təqdimatına hazırlaşır.

“Ukroboronprom”un mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, yeni təyyarə ilk dəfə olaraq 19-25 iyun tarixlərində keçiriləcək “Paris Air Show – Le Bourget 2017″ beynəlxalq sərgisində nümayiş etdiriləcək.

Sərgi çərçivəsində “An-132D” hərbi nəqliyyat təyyarəsinin test uçuşları da həyata keçirəcək.

Bundan əvvəl, “An-132D” təyyarəsi ilk uçuşunu martın 31-də Ukraynadakı Kiyev “Svyatoşin” kompleksində həyata keçirib.

Kanadanın “Pratt & whitney” PW150A mühərrikinə malik təyyarənin maksimum sürəti 500 km/saat təşkil edir. Maksimum yüksəkliyi 9 min metr olan “An-132D” 9,2 tona qədər yük daşıma qabiliyyətinə malikdir.

Məlumatda o da qeyd olunub ki, “Antonov” təyyarələri ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransa kimi müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilib. Türkiyənin də bu proqrama qoşulmağı təklif edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş