Ukraynanın BM “Oplot-M” tankları və BTR-3E transportyorları Taylandın maraqlarını qoruyur

Ukraynanın BM “Oplot-M” tankları və BTR-3E transportyorları Taylandın maraqlarını qoruyur

Ukraynanın BM “Oplot-M” tankları və BTR-3E zirehli transportyorları Taylandın maraqlarını qorumağa davam edir.

“Poliqon”un “Defence Express” portalına istinadən verdiyi məlumata görə, bu Tayland Kral Ordusunun Ukrayna istehsalı BM “Oplot-M” tankları və BTR-3E1 zirehli transportyorları cəlb edilməklə keçirdiyi növbəti döyüş atışlı təlimlərlə bir daha təsdiq olunub.

2007-ci ildən bəri Ukrayna Taylanda BTR-3 zirehli transportyorları və bu platformaya əsaslanan çoxsaylı modifikasiyalar tədarük edib. Ümumilikdə, 200-dən artıq döyüş maşını ixrac edilib.

Eləcə də, Tayland Ukraynadan 49 ədəd BM “Oplot-M” tankı alıb. Müqavilə üzrə tədarük ediləcək tam say məlum olmasa da, 2014-cü ildə Ukraynanın şərqində baş vermiş hadisələr səbəbindən tankların təchizatı başa çatdırılmayıb.

Tayland Quru Qoşunlarının 200 ədədə yaxın köhnəlmiş M41 “Walker Bulldog” tanklarının müasir əsas döyüş tankları ilə ilə əvəz edilməsindən ötrü tender keçirib. Tenderdə, Tayland hərbçiləri Ukraynanın BM “Oplot”, Rusiyanın T-90 və Almaniyanın “Leopard 2” kimi tankları arasında seçim edib.

Digər rəqiblərdən xeyli aşağı, dempinq qiymətlərə, lobbiçilik və siyasi təzyiqlərə baxmayaraq, Tayland Quru Qoşunları Rusiya texnikasını autsayder kimi rədd etmiş və nəticədə Ukraynanın BM “Oplot-M” tankı tenderin qalibi olub.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş