Ukraynanın milli tankının konstruktor sənədləri oğurlanıb

Ukrayna müdafiə sənayesi kompleksi yeni milli tankın yaradılması işlərinə start verib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, “Tireks” adlandırılan tankın ilkin eskizləri hazırlanıb, komponentlərinin yaradılması istiqamətində də işlərə başlanılıb.  Atəşin idarə olunması, ekipajın zirehli kapsulada yerləşdirilməsi kimi yeniliklər də tankda yer alıb.

Tankın yaradılması işləri “Arey Mühəndis Qrupu” tərəfindən aparılır.

Mütəxəssislərin fikrincə, “Tireks” imkanlarına görə Rusiyanın “Armata” T-14 tankı ilə eyniləşdirilə bilər.

“Tireks”in ilkin varinatı T-64-ün şassisinin üzərində yaradılır.

Ukraynanın “Defense Express” mətbuat orqanının xəbərində isə bildirilir ki, bəlli olmayan səbəblərdən tankın yaradılması işləri dayandırılıb.

“Defense Express” xəbər saytı yazır ki, noyabrın 13-dən 14-nə keçən gecə naməlum şəxslər tankın yaradıldığı müəssisənin inzibati binasına daxil olaraq baş konstruktoru və mühafizə xidmətinin rəisini girov götürüblər.  6 saata yaxın davam edən danışıqlardan sonra naməlum şəxslər oranı tərk ediblər. Onların tutulması üçün polis heç bir tədbir görməyib. Sonradan ofisə baxış zamanı bəzi konstruktor işlərinin – sənədlərin yoxa çıxdığı bəlli olub. Bu səbəbdən də tankın yaradılması üzərində aparılan işlər qeyri-müəyyən vaxta qədər dayandırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş