Ukraynanın yeni avtomatik əl qumbaraatanı – RQŞ-30

Ukraynanın “Yüksək dəqiqlikli sistemlər” şirkəti Kiyevdə keçirilən “Silah və Təhlükəsizlik-2016” sərgisində yeni hazırlanmış kiçik ölçülü 30 mm çaplı avtomatik qumbaraatanı nümayiş etdirib.

“AzeriDefence”nin Ukraynanın hərbi saytlarına istinadən verdiyi məlumata görə, RQŞ-30 adı verilmiş qumbaraatan Ukrayna ordusunun döyüş təcrübəsini nəzərə alaraq hazırlanıb. Əldə rahatlıqla daşınan RQŞ-30 qısa lüləyə malikdir. Qumbaraatanın sursatla qidalanması VOQ-17 tipli 5 qumbara tutan qutu formalı daraqdan həyata keçirilir.

İstehsalçıların sözlərinə görə, RQŞ-30 düşmənin zirehli texnikasını, canlı qüvvəsini sıradan çıxartmaq üçün nəzərdə tutulur. Xüsusilə də yaşayış məntəqələrinin təmizlənməsi vaxtı effektiv ola bilər.

RQŞ-30-un qabaritləri və dəqiq xarakteristikaları hələlik açıqlanmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş