Ukraynanın yeni döyüş maşını – BTR-4E1 – FOTO

Ukraynanın Xarkov Maşınqayırma və Konstruktor Bürosu BTR-4 zirehli transportyorlarının gücləndirilmiş müdafiəyə malik, BTR-4E1 indeksi verilmiş yeni variantını istehsal edib. Bu barədə “AzeriDefence” “Ukroboronprom” Dövlət Konserninin saytına istinadən məlumat verib.

Seriyalı istehsalına başlanılmış BTR-4E1 variantı 8×8 təkər formuluna malik zirehli maşınlar ailəsinin yeni nümunəsidir. İstehsalçı müəssisə tərəfindən təcrübi nümunə üçün asma zireh dəsti hazırlanıb ki, bu, ekipajın və BTR-4E1 desantının müdafiəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Zireh əməliyyat tələblərinə uyğun olaraq, çöl şəraitində heç bir əlavə texnologiya tələb olunmadan, heyət tərəfindən qurula və ya sökülə bilər.

Amfibik xüsusiyyətlərə və modulyar konstruksiyaya malik BTR-4E1 ümumi BTR-4 şassisi üzərində hazırlanıb. BTR-4 ailəsinə zirehli avtomobillər, piyada döyüş maşını, komandir, komanda-qərargah, tibbi və təmir-köçürmə maşınları daxildir. Müxtəlif döyüş modullarının, xüsusi avadanlığın tətbiqi nəticəsində maşın müxtəlif döyüş tapşırıqlarının və köməkçi məsələlərin icra edilməsinə uyğunlaşdırılmış ola bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş