Ukraynanın yeni snayper tüfəngi – FOTO-VİDEO

Ukrayna VM2 MP-UOS adı verilmiş yeni snayper tüfəngi ordunun silahlanmasına verib.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Teleskopik qundaqla təchiz olunmuş snayper tüfənginin kalibri 7.62x54R mm, güllənin başlanğıc sürəti 870 m/saniyə, effektiv mənzili 1200 metr, maksimum atış məsafəsi 2000 metrdir. Snayper tüfənginin çəkisi 4.5 kq təşkil edir. Tətbiq edilən yeni səsboğucu sayəsində atəş zamanı silahın səsi 26 dB-dək azalıb.

Snayper tüfəngi “Ukroboronservis” müəssisəsində istehsal olunur. Konsernin yaydığı məlumata görə, silah yaradılan zaman Mosin tüfəngi əsas götürülüb. Silahın üzərində dərin müasirləşdirimə aparılıb. Tüfəng Ukrayna istehsalı olan optik nişangahla komplektləşdirilib.

Snayper tüfənginin gövdəsi alüminium ərintisindən hazırlanıb. Üst hissədə aksesuarllar əlavə etmək üçün pikkatini relsi qurulub. Bundan başqa, silah ön hissədə qatlanan ayaqla, təpmənin təsirini azaltmaq üçün ağız əyləc-kompensatoru ilə təchiz olunub. snayper tüfəngi 5 və 10 patron tutumlu daraqlara malikdir.

Qeyd edək ki, snayper tüfənginin bundan əvvəlki VM MP-UOS modeli 2015-ci ilin noyabr ayında nümayiş etdirilib. Yeni versiya sələfindən tənzimlənən qundaq və bir sıra yaxşılaşdırılmış xarakteriskalarına görə fərqlənir.

 

ukrsnay

60808

60812

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş