Ukraynanın yeni snayper tüfəngi – “XADO Snipex” – FOTOLAR

Ukraynanın “XADO Chemical Group” şirkəti iki yeni iriçaplı snayper tüfəngi hazırlayıb.

“AzeriDefence”nin Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 12.7×99 mm (.50BMG) patronlardan istifadə edən model XADO Snipex “Rhino Hunter”, 12.7×108 mm sovet patronlarından istifadə edən model isə XADO Snipex M75 adlanır.

Tüfəngin effektiv atış məsafəsi 2500 metrədəkdir.

“XADO Snipex” tüfəngləri orijinal konstruksiyaya malikdir. Tüfəngə patronlar daraqdan deyil, əllə tək-tək daxil edilir. Ukraynanın patentiylə qorunmuş orijinal konstruksiyaya malikdir. Silahın iş prinsipi 1940-cı illərdə Sovet Ordusunda mövcud olan “Deqtyarev PTRD” tank əleyhinə tüfənginə bənzəyir.

“XADO Snipex” tüfənglərilülə kompensatoru və bükülən ayaqla komplektləşdirilib. Lülə qutusunun üzərindəki kiçik pikatini tamasa vasitəsi ilə silaha optik nişangah qurulur.

Silahın uzunluğu 1220 mm, lüləsinin uzunluğu 750 mm, çəkisi patronsuz və optik nişangahsız 16 kiloqramdır.

KATEQORIYA:
Bu xəbəri paylaş