“Ukroboronprom” cari ildə 443 ədəd silah-sursat və hərbi texnika sifarişçiyə təhvil verib

“Ukroboronprom” cari ildə 443 ədəd silah-sursat və hərbi texnika sifarişçiyə təhvil verib

2020-ci ilin birinci yarısında “Ukroboronprom” Dövlət Konserninə daxil olan müəssisələr tərəfindən dövlət müqavilələri və ixrac müqavilələri çərçivəsində 443 ədəd yeni, modernləşdirilmiş və ya təmir edilmiş silah-sursat və hərbi texnika sifarişçilərə təhvil verilib.

Bu barədə Azeri Defence  saytına “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

Xüsusilə, cari ilin iki rübü ərzində müştərilərə 32 ədəd yeni və 272 ədəd təmir edilmiş zirehli texnikalar verilib. Bunlar arasında 6 ədəd təkmilləşdirilən təyyarə, təxminən 100 ədəd yüksək dəqiqlikli silah və sursat, o cümlədən 42 ədəd müxtəlif növ radar avadanlığı, rabitə stansiyaları və digər xüsusi avadanlıqlar yer alır.

Bundan əlavə, 2020-ci ilin birinci yarısında konsernin gəmi təmiri şirkətləri tərəfindən üç ədəd kiçik zirehli artilleriya gəmisi və bir desant kateri təmir edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş