“Ukroboronprom” müəssisələri cari ildə 3950 ədəd silah və texnika tədarük edib

“Ukroboronprom” müəssisələri cari ildə 3950 ədəd silah və texnika tədarük edib

Ukraynanın “Ukroboronprom” Dövlət Konserninin müəssisələrində dövlət müdafiə sifarişi çərçivəsində 4 dövlət qurumu ilə bağlanan 256 müqavilənin icrası həyata keçirilir. Müqavilələrin ümumi dəyəri 13 milyard qriven təşkil edir.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2020-ci ilin 11 ayı ərzində “Ukroboronprom” Dövlət Konserninin müəssisələri dövlət müdafiə sifarişinin 99% yerinə yetiriblər. İlin sonuna qədər planın 100% icrası gözlənilir.

Müdafiə Nazirliyi, Milli Qvardiya, Dövlət Sərhəd Mühafizə Xidməti və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə xüsusilə silah və hərbi texnika istehsalı və modernləşdirilməsinə dair 50, yaradılması üçün 16, təmiri üçün 190 müqavilə bağlanıb.

Bildirilib ki, dövlət müdafiə sifarişi çərçivəsində 53 müqavilə vaxtından əvvəl icra edilib. 2020-ci ilin noyabr ayına qədər “Ukroboronprom”a daxil olan 46 müəssisə dövlət müdafiə sifarişinin icrasına cəlb olunub.

Ümumilikdə sifarişçilərə 3950 ədəd yeni, modernləşdirilmiş və təmir edilmiş silah və texnika təhvil verilib. Bunlardan 2591-i raket və artilleriya silahları, 715-i radar stansiyaları, hava hücumundan müdafiə sistemi, rabitə sistemi, radioelektron mübarizə sistemi və naviqasiya sistemidir. Bundan başqa 587 ədəd zirehli texnika, 47 ədəd aviasiya vasitələri və onların avadanlıqları, o cümlədən 10 ədəd dəniz avadanlığı sifarişçilərə çatdırılıb.

Bundan əlavə, “Ukroboronprom” müəssisələri tərəfindən 1303 ədəd mühərrik və hissəsi təmir edilərək təhvil verilib.

Məlumatda o da qeyd olunub ki, 2020-ci ilin sonuna qədər Müdafiə Nazirliyi ilə daha 6,5 ​​milyard qriven dəyərində, 2021-ci ildə icra olunması şərtləri ilə dövlət müqavilələrinin bağlanması gözlənilir.

Bu il Ukroboronprom şirkətləri dövlət müdafiə sifarişlərinin ümumi həcminin 36% -ni yerinə yetiriblər. Müştərilərin ehtiyaclarının qalan hissəsi xüsusi ixracatçılara – 10%, özəl istehsalçılara – 54% paylanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş