“Ukroboronprom” tank pulemyotunu modernləşdirdi

Ukraynanın “Mayak” şirkəti tank pulemyotunu modernləşdirərək, onu daha effektli edib.

“Ukroboronprom”un mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, pulemyota yeni pikatinni plankası, tətik və mexaniki nişangah əlavə olunub.

Bundan başqa modernləşmə zamanı pulemyotun atəş sürəti 1 dəqiqədə 800 atəşə çatdırılıb, nişanalma məsafəsi isə 2 km-ə qədər uzadılıb.

Yeniliyə əsasən, pulemyot yalnız tankda deyil, digər zirehli maşınlara da inteqrasiya oluna bilər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş