“Ukroboronprom”un Azərbaycandakı mütəxəssisləri Ukraynaya təxliyyə edilib

“Ukroboronprom”un Azərbaycandakı mütəxəssisləri Ukraynaya təxliyyə edilib

“Ukroboronprom” Dövlət Konserninə daxil olan Odessa Aviasiya Zavodu və Çuquyev Aviasiya Təmiri Zavodunun Azərbaycanda xidməti ezmiyyətdə olan 8 mütəxəssisi Ukraynaya təxliyyə edilib.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

Ukraynalı mütəxəssislər “Ukrspetseksport” Dövlət Şirkətinin Azərbaycan Silahlı Qüvvələri ilə xarici iqtisadi müqaviləsinin icrası çərçivəsində Azərbaycanda olublar.

Koronavirus pandemiyası ilə əlaqədar ukraynalı mütəxəssislərin təxliyyəsi ölkələrin Xarici İşlər və Müdafiə nazirliklərinin koordinasiyası altında həyata keçirilib.

Konserndən bildirilib ki, “Ukroboronprom”un bəzi mütəxəssisləri hələ də Azərbaycanın hərbi bazalarının birində təhlükəsiz şəraitdə işləyirlər.

“İşimizin bir hissəsini bitirdikdən sonra bir qrup mütəxəssisimizi  Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə geri qaytarmaq fürsəti tapdıq. Buna görə Azərbaycanın Müdafiə Nazirliyinə çox minnətdarıq”, – deyə “Ukroboronprom” Konserninin baş direktorunun Aviasiya və Raket mühəndisliyi üzrə müavini Ruslan Korj bildirib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş