
“Ukroboronprom”un müəssisəsində 50 ədəd T-64 tankı modernləşdirilib
Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə daxil olan “V.O. Malışev Zavodu” tərəfindən T-64 tanklarının əsaslı təmiri və modernləşdirilməsi həyata keçirilir.
Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
“V.O. Malışev Zavodu”nda təmir və modernizasiya olunan növbəti iki ədəd T-64 tankı BM “Bulat” səviyyəsinə yükləldilərək Ukrayna Silahlı Qüvvələrinə çatdırılıb. Beləliklə, 2020-ci ilin iyul ayına qədər dövlət müqaviləsinin 50% -i şirkət tərəfindən razılaşdırılmış müddətlərə uyğun olaraq yerinə yetirilib.
“Təkmilləşdirilmə nəticəsinədə T-64 BM “Bulat” tanklarına müasir avadanlıqlar quraşdırılıb. Yeni radiostansiya və müasir naviqasiya sistemi, o cümlədən elektro-optik sistem ilə təchiz edilib”, – deyə “V.O. Malışev Zavodu”nun baş direktoru Vasil Krilas deyib.
Bildirilib ki, təkmilləşdirilmiş T-64 BM “Bulat” tankları sınaqları uğurla sona çatdırıb. Sınaqlar zamanı “Bulat” xüsusilə 100 kilometr məsafəni qət edib, yüksək performans nümayiş etdirib, atışlar həyata keçirib. Qəbul testlərindən sonra təkmilləşdirilmiş T-64 BM “Bulat” tankları Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib.
Məlumatda o da qeyd olunub ki, T-64 BM “Bulat” tankları Ukrayna Silahlı Qüvvələrinin əsas döyüş tankıdır. Bu döyüş texnikası T-64B tankının dərin modernləşdirilmiş versiyasıdır. Son dörd ildə “V.O. Malışev Zavodu” tərəfindən modernləşdirilmiş 50-dən çox T-64 BM “Bulat” tankı Ukrayna Ordusuna təhvil verilib.