Ümid Partiyasının sədri könüllü döyüşə getmək üçün Səfərbərlik Xidmətində qeydiyyatdan keçdi

Ümid Partiyasının sədri könüllü döyüşə getmək üçün Səfərbərlik Xidmətində qeydiyyatdan keçdi

Azərbaycanda siyasi partiya sədri cəbhədə döyüşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinə müraciət edib.

“Azeri Defence” saytının məlumatına görə, Ümid Partiyasının sədri İqbal Ağazadə bu gün özünün “Facebook” hesabında könüllü döyüşə getmək üçün aidiyyatı qurumda rəsmi qeydiyyatdan keçdiyini yazıb.

Qeyd edək ki, İqbal Ağazadə bununla Azərbaycanda siyasi partiya liderləri arasında sözdə deyil, əməldə ilk addımı atmış olub.

Ümid Partiyasının sədri İqbal Ağazadə 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş