UMTAS hədəfi məhv etdi
Türkiyənin görüntüləyici infraqırmızı arayıcı başlıqlı yeni nəsil tank əleyhinə raketi UMTAS layihəsində son mərhələyə keçilib.
Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.
2-3 iyul tarixlərində Konyadfakı Karapınar poliqonunda, ROKETSAN rəhbərliyinin iştirakı ilə keçirilən atış testlərində raket hədəfləri dəqiqliklə vurub.
Dizayn təsdiqi mərhələsinə keçilən UMTAS layihəsində bu il kalifikasiya fəaliyyətlərinin başlanması planlaşdırılır.
KATEQORIYA: Aerospace