UMTAS-ın Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsinə başlanıb

ROKETSAN şirkəti tərəfindən istehsal olunan UMTAS uzun mənzilli tank əleyhinə raket kompleksinin Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsinə başlanılıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Seriyalı istehsalı davam edən UMTAS raketləri hazırda T-129 ATAK döyüş helikopterlərində istifadə olunur.

Görüntüləyici infraqırmızı arayıcı başlıqlı və ya lazer arayıcı başlıqlı UMTAS raketləri ilə atışdan sonra hədəfləri dəyişmək mümkündür.

UMTAS raketnin atış mənzili 500-8000 metr təşkil edir.

UMTAS-ın helikopter, PUA, zirehli nəqliyyat, sabit qurğu, yüngül döyüş təyyarə və dəniz platformalarına inteqrasiyası mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş