UNEC: Ermənistan ordusununun 4,8 milyard dolları dəyərində hərbi texnikası məhv edilib

UNEC: Ermənistan ordusununun 4,8 milyard dolları dəyərində hərbi texnikası məhv edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıblar.

Bu barədə “Azeri Defence”ə UNEC-dən məlumat verilib.

UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri Prezidentin müraciətinə operativ reaksiya verərək, sadalanan hərbi texnikaların qiymətini hesablayıblar. Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsində Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.

KATEQORIYA:
Bu xəbəri paylaş