US EUCOM nümayəndələri ANAMA-da olublar

ABŞ Avropa Komandanlığı (US EUCOM) Quru Qoşunlar Komandanlığının Minalara qarşı fəaliyyət sahəsində Humanitar Proqramın nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Respubllikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Nümayəndə heyəti ANAMA baş qərargahında Agentliyin direktoru Qəzənfər Əhmədov və şöbə menecerləri ilə görüş keçirib. ANAMA Əməliyyat meneceri Samir Poladov tərəfindən Agentliyin fəaliyyətini əks etdirən prezentasiya təqdim edilib. Səfərin başlıca məqsədi Minalara qarşı fəaliyyət sahəsində Humanitar Proqramın cari məramını nəzərdən keçirmək və gələcəkdə ANAMA ilə dəstək və əməkdaşlıq əlaqələri üçün imkanların öyrənilməsindən ibarətdir.

Aprelin 6-da ABŞ Avropa Komandanlığı nümayəndələri ANAMA-nın Göygöl Regional Təlim Mərkəzinə səfər edib. Agentliyin Göygöl bazasına gələn qonaqlara prezentasiya verilərək Agentliyin ümumi fəaliyyəti haqqında geniş məlumatlar çatdırılıb və onlar üçün avadanlıq sərgisi təşkil olunub, baza şəraiti və itlərin seleksiya məntəqəsi göstərilib.

Bunda başqa nümayəndə heyəti Ağstafa Regional Bazasına və Ceyrançöl ərazisinə səfər edib və regional əməliyyat meneceri Mədəd Məmmədov tərəfindən baza və sahə şəraitlərində qonaqlar üçün ətraflı brifinqlər verilib.

anama-us (3)

anama-us (2)

anama-us (1)

 

KATEQORIYA:
Bu xəbəri paylaş