“USS Fitzgerald” gəmisinin təmir və modernizasiya işləri tamamlanıb

“USS Fitzgerald” gəmisinin təmir və modernizasiya işləri tamamlanıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Fitzgerald” (DDG 62) döyüş gəmisi üzərində aparılan əsaslı təmir və modernizasiya işləri tamamlanıb.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi xəbərə görə, “USS Fitzgerald” gəmisi Missisipi ştatındakı “Huntington Ingalls Industries” gəmiqayırma zavodundan San-Dieqoya döyüş növbətçiliyinə qayıdıb.

“USS Fitzgerald” gəmisi 2017-ci ilin iyun ayında Filippin bayrağı altında üzən “ACX Crystal” adlı ticarət gəmisi ilə toqquşub. Yeddi dənizçinin həlak olması ilə nəticələnən hadisə zamanı “USS Fitzgerald” gəmisinə böyük ziyan dəyib.

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş