UVZ “Malka”nı müasirləşdirdi

UVZ “Malka”nı müasirləşdirdi

Rusiyanın “Ural Vaqon Zavod” Konserninə (UVZ) daxil olan “Uraltransmaş”  müəssisəsi 2S7M “Malka” özüyeriyən topun əsaslı təmiri və modernləşdirilməsini başa çatdırıb.

Bu barədə “AzeriDefence”ə UVZ-nin mətbuat xidmətindən məlumat verilib.

Modernləşmə zamanı əvvəllər idxal edilən dəstləşdiricilər yerli istehsal ilə əvəz edilib. Ötürmə qutuları, bölüşdürmən mexanizmləri və enerji təchizatı aqreqatları, müşahidə, daxili rabitə sistemi və radiostansiya yenilənib.

“Müasirləşdirmədən sonra topun gediş, manevr qabiliyyəti, çevikliyi və komanda idarəetmə kimi bütün əsas xarakteristikaları əhəmiyyətli dərəcədə yaxşılaşdı”,- deyə məlumatda bildirilib.

Təmir və müasirləşdirmədən sonra 2S7M “Malka” özüyeriyən topun bütün sınaqları müvəffəqiyyətlə keçdiyi qeyd olunub. Müasirləşdirilmiş topun birinci nümunəsi silahlı qüvvələrə verilməyə hazırdır.

“Malka” 1980-ci illərdə illər yaradılmış 2S7 “Pion” özüyeriyən topun 1986-1987-ci illərdə müasirləşdirilmiş variantıdır. Özüyeriyən topun əsas təyinatı cəbhənin dərinliyində düşmənə məxsus vacib hədəflərin məhv edilməsidir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş