“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

“Azeri Defence”nin məlumatına görə, Qanunla Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilir.

Həmçinin, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiq edilib.

“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən veriləcək.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş