Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bu gün saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

“Azeri Defence” xəbər verir ki, insanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.

Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.

KATEQORIYA:
Bu xəbəri paylaş