Vətən müharibəsində qazanılan təcrübə əsasında kəşfiyyatçıların döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

Vətən müharibəsində qazanılan təcrübə əsasında kəşfiyyatçıların döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş