Vətən müharibəsinin arxa cəbhə fəalları mükafatlandırılıb

Vətən müharibəsinin arxa cəbhə fəalları mükafatlandırılıb

Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi zəfər qazandı. Bu 44 gün ərzində dövlət və xalq birliyi Qələbəmizi şərtləndirdi. “Dəmir Yumruq” ətrafında birləşməyi bacardıq, gücümüzə güc qatdıq və şanlı zəfərə nail olduq. Bu müddətdə ön cəbəhədə canları ilə fədakarlıq edən hərbçilərimizlə yanaşı, arxa cəbhənin də rolu az olmadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müharibədə xalqımız istər mənəvi, istərsə də maddi olaraq əlindən gələni etdi.

“Azeri Defence” xəbər verir ki, Vətən Müharibəsi başlayan ilk günlərdən dövlətin və ordunun yanında olan Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını “Xarıbülbül” simvolik heykəli ilə təltif edib.

Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir. Təltif edilən 102 (cümhuriyyətin 102 illiyinə əsasən) arxa cəbhə fəalı arasında “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun (ölümündən sonra) da adı var.

“Xarıbülbül” mükafatı mərhum Rəşad Süleymanovun Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfində təhsil alan oğlu Məhəmməd Süleymanova təqdim edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş