“Vallon”dan yeni mina detektoru

Metal detektorların yaradılması və istehsalı üzrə tanınmış Almaniyanın “Vallon” şirkəti əldəqayırma partladıcılarla mübarizə işlərini asanlaşdıran VR1 “Wirehound” adlı yeni detektorunu hazırladığını elan edib.

Yeni detektor əldəqayırma partladıcıları işə salmaq üçün nəzərdə tutulan kabelləri aşkarlaya bilmə özəlliyi ilə fərqlənir. İstehsalçı şirkətinin açıqladığı məlumata görə, VR1 “Wirehound” yüksək deteksiya qabiliyyətinə malik radarı sayəsində 10 sm və daha uzun kabelləri aşkarlamağı bacarır.

Detektor teleskopik dəstək, GPR radar, LED ekran və elektronika avadanlıqlarından ibarətdir. -31,+63 dərəcə temperaturlarda istifadə oluna bilən detektorun çəkisi 3.4 kiloqramdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş