Vaqif Dərgahlı: “Azərbaycanın Su-25 təyyarəsinin “vurulması” məlumatı yalandır”

Vaqif Dərgahlı: “Azərbaycanın Su-25 təyyarəsinin “vurulması” məlumatı yalandır”

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır.

Azeri Defence saytının məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur və biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik”, – deyə Vaqif Dərgahlı bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş