Vaqif Dərgahlı: Düşmən Tovuz rayonunun kəndlərini artilleriya qurğularından atəşə tutub

Vaqif Dərgahlı: Düşmən Tovuz rayonunun kəndlərini artilleriya qurğularından atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəsi iriçaplı silahlardan istifadə etməklə pozmaqda davam edir.

Bu barədə “AzeriDefence”ə Müdafiə Naziliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Kənd sakinlərinə heç bir ziyan dəyməyib”, – deyə Vaqif Dərgahlı bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş