Vaqif Dərgahlı: “Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”

Vaqif Dərgahlı: “Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”

Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir.

Azeri Defence saytının məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq”, – deyə Vaqif Dərgahlı bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş