Vaqif Dərgahlı: “Ermənistanın F-16 döyüş təyyərəsini vurması barədə məlumatı yalandır, Azərbaycanın F-16-sı yoxdur”

Vaqif Dərgahlı: “Ermənistanın F-16 döyüş təyyərəsini vurması barədə məlumatı yalandır, Azərbaycanın F-16-sı yoxdur”

Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil.

Azeri Defence saytının məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: “Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.

KATEQORIYA:
Bu xəbəri paylaş