Vaqif Dərgahlı: “Ermənistanın Su-25 təyyarəsinin vurulması ermənilərin növbəti fantaziyasıdır”

Vaqif Dərgahlı: “Ermənistanın Su-25 təyyarəsinin vurulması ermənilərin növbəti fantaziyasıdır”

Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Erməni tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş