Vaqif Dərgahlı: Qarabağa gətirilən S-300 ZRK-ləri məhv ediləcək

Vaqif Dərgahlı: Qarabağa gətirilən S-300 ZRK-ləri məhv ediləcək

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Azeri Defence saytının məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”, – deyə polkovnik Dərgahlı qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş