Vaqif Dərgahlı: “Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub”

Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Polkovnik Dərgahlının sözlərinə görə, alayın şəxsi heyəti təşviş içindədir.

“Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər”, – deyə Nazirlik rəsmisi vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş