Vaqif Dərgahlı: “Azərbaycan hücum silahlarını almaqda davam edəcək”  

“Ermənistan ərazilərimizin işğalını davam etdirdikcə Azərbaycan hücum silahlarını almaqda davam edəcək”.

“AzeriDefence”nin məlumatına görə, bunu “İntefaks-Azərbaycan” agentliyinə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

O bildirib ki, ərazi bütövlüyünün təmin olunmasının zəruriliyi, terrorla mübarizə və ərazilərin 20 faizinin işğal altında olması hüquqi baxımdan Azərbaycana bu tip silahların alınması haqqını tanıyır:

“Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bu vəziyyətdə Azərbaycanın silahlanmaya önəm verməsi onun hüququdur.  Əgər İrəvan bundan narahatdırsa Azərbaycan torpaqlarının işğalı faktını aradan qaldırmalıdır”.

V. Dərgahlının sözlərinə görə, bundan sonra Azərbaycan üçün hücum silahlarının alınması o qədər də əhəmiyyətli olmayacaq və bunun həcmi azaldırlacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş