“Varta-2” zirehli maşınının sınaqlarına başlanılıb – VİDEO

Ukrayna istehsalı olan yeni “Varta-2” zirehli maşınının hərbi-səhra şəraitində sınaqlarına başlanılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaqlar Milli Qvardiyanın hərbi hissələrindən birində həyata keçirilir.

Sınaqlardan uğurlu çıxdığı təqdirdə 10 ədəd maşın ilkin mərhələdə Ukrayna Milli Qvardiyasının istismarına qəbul ediləcək. Növbəti mərhələdə isə daha 60 maşın silahlanmaya veriləcək.

Xatırladaq ki, maşın Xarkovda yerləşən “Bronotexnika Ukrainı” şirkətində istehsal olunub.

Avtomobil 270 at gücünə malikdir. Gələcəkdə maşının 300 at gücünə malik “Cummins” mühərriki ilə təmin olunacağı nəzərdə tutulub.

Maşın daxildən əlavə zirehli kapsula ilə təchiz olunub ki, bu da güclü mina partlayışı zamanı daxildə ekipajın və daşınan hərbçilərin zərər çəkməsinin qarşısını almaq məqsədi daşıyır.

Maşının istehsalında İsveç zirehindən istifadə olunub. Zireh 7,62х39 mm-lik mərmilərdən qorunma gücünə də malikdir.

https://youtu.be/f6gD3Ce47yc

 

KATEQORIYA:
Bu xəbəri paylaş