Vectronix şirkəti NiteSpotMR gecəgörmə cihazın təqdim edib

Optik sistemlərin aparıcı istehsalçılarından olan “Vectronix AG” şirkəti ən son model gecə görmə cihazını təqdim edib. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.

Yeni gecə görmə cihazı Malayziyanın paytaxtı Kuala-Lampurda bu gün işə başlamış DSA-2012 sərgisində nümayişə çıxarılıb.

NiteSpotMR adlı cihaz müxtəlif tüfənglərə (.50 kkalibrə qədər) qurula bilir. NiteSpotMR baxış zamanı optik nizamlama tələb etmir. Cihaz çətin şəraitlərdə istifadə oluna bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş