“Vedomosti” qəzeti Azərbaycanın Rusiyadan aldığı silah sistemləri barədə yazdı

Azərbaycan 2011-2012-ci illərdə Rusiyadan 1 milyard dollardan artıq dəyərdə silah və hərbi texnika alıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Azərbaycan Rusiyadan üç tabor (94 ədəd) T-90S tankı, 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 18 ədəd “Msta-S” özüyeriyən artilleriya sistemi, 18 ədəd “Smerç” reaktiv atəş sistemi, 18 ədəd “Vena” özüyeriyən haubitsa və 6 ədəd TOS-A1 “Solntsepek” (“Buratino” sisteminin yeni modifikasiyası) odsaçanı alıb.

Müqavilə üzrə Rusiyadan həmçinin BREM-1M zirehli təmir-evakuasiya maşınları və İMR-3M-in mühəndis maşınları alınacaq. Qəzetin yazdığına görə müqavilədə başqa tanklar və artilleriya sistemləri də mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş