Venesuela Çin və Rusiya hesabına hərbi arsenalını artırır

Venesuela Rusiyadan daha 12 ədəd Su markalı döyüş təyyarələri alır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı Venesuela prezidenti Nikolas Maduro jurnalistlərə bildirib.

O deyib ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putinlə danışacaq və 12 ədəd Su markalı döyüş təyyarələrinin Venesuelaya gətirilməsini xahiş edəcək.

Bundan başqa ölkə prezidenti Çinlə hərbi texniki sahədə perspektiv əməkdaşlığa da toxunub. Onun sözlərinə görə, Çinlə hərbi texnikanın alınması ilə bağlı sazişin imzalanması gözlənilir. Bütün bunlar Venesuelanın müdafiə imkanlarının artırılması məqsədi daşıyır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş