Venesuela Rusiya tanklarına görə 4 milyard dollar ödəyəcək

Venesuela Rusiya silahlarının yeni partiyasının alınması istiqamətində danışıqlar aparır. “AzeriDefence.com”un məlumatına görə, artıq bununla iki ölkənin hökumət nümayəndələri arasında danışıqlar iyunda aparılıb. Müzakirələr əsasən “Т-72С1” döyüş tanklarının alınması ilə bağlı olub.

Venesuela hökumət nümayəndəsinin sözlərinə görə, bu sövdələşmə zamanı ödənilməli olan 4 milyard dollar kredit yolu ilə Rusiyaya veriləcək.

Məlumatda o da qeyd olunub ki, “Т-72С1” tanklarının ilk partiyası – 92 ədədi 2011-ci ildə Venesuelaya göndərilib. İkinci partiya tanklar isə 2012-ci ilin sonuna qədər adıçəkilən ölkəyə göndəriləcək. Bu dəfə tankların sayı 100 olması nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş