Veteranlar və ehtiyatda olan zabitlər ön cəbhədə hərbçilərlə görüşdülər

Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup müharibə veteranı və ehtiyatda olan zabit cəbhə xəttində olub.

“AzeriDefence”nin məlumatına görə, ehtiyatda olan zabitlərvə müharibə veteranları müxtəlif hərbi hissələrdə olublar.

Qruplara ehtiyatda olan polkovniklər Xətai Baxışov və Əzizağa Qənizadə rəhbərlik ediblər.

Ön xətdə düşmənlə bilavasitə təmasda olan bölmələrə baş çəkən veteranlar şəxsi heyətlə görüşüb, onların xidməti-döyüş və sosial şəraitləri ilə maraqlanıblar. Habelə şəxsi heyətlə xidmətin təşkili, istifadədə olan silahların və texnikaların mənimsənilməsi, torpaqlarımızın azad edilməsi barədə fikir mübadilələri aparıb, öz tövsiyyələrini veriblər.

Düşmənlə təmas xəttində yerləşən postlarda xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri işğal altında olan torpaqları qısa müddətdə azad etməyə hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini bildiriblər.

Birinci Qarabağ müharibəsi veteranları da öz növbələrində döyüşlər başlayacağı anda şəxsi heyətin yanında olacaqlarını, onlarla bir yerdə savaşa qatılacaqlarını söyləyiblər.

Görüşlər zamanı müharibə veteranları da uzun müddətdən sonra vaxtı ilə ştatlarında olmuş silah və texnikaları təkrar istifadə edərək biliklərini yeniləyiblər.

Səfərin sonunda şəxsi heyətlə keçirilən görüşdə polkovnik Xətai Baxışov çıxış edərək, müharibə iştirakçılarının öz döyüş təcrübələrini gənc əsgər və zabitlərlə hər zaman bölüşməyə hazır olduqlarını bəyan edib: “Biz görüşlərimiz zamanı gördük ki, əsgərlərimizdə yüksək döyüş ruhu var. Onlar bu gün əmrlə ermənilərə 2-5 apreldə yaşatdıqlarından daha böyük və dəhşətli həyatı yaşada biləcəklərini deyirlər. Bunu biz bütün hissələrdə gördük. Minlərlə birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan yüzlərlə zabit müraciət edərək ön xəttə gəlmək, burada əsgərlərimizlə bir yerdə döyüşlərə qatılmaq üçün müraciətlər edir. İctimaiyyətdə byük ruh var. Başlanacaq döyüş əməliyyatları bu dəfə ermənilərin böyük məhvi- onların sonu olacaq”.

13177734_1261715310506104_423940168183486014_n

veteranlar cebhe (1)

veteranlar cebhe (2)

veteranlar cebhe (3)

veteranlar cebhe (7)

veteranlar cebhe (9)

veteranlar cebhe (10)

veteranlar cebhe (11)

veteranlar cebhe (12)

veteranlar cebhe (13)

veteranlar cebhe (6)

veteranlar cebhe (8)

 

KATEQORIYA:
Bu xəbəri paylaş