VEYSƏLOĞLU Tovuz şəhidlərindən bəzilərinin ailələrini himayəyə götürüb

VEYSƏLOĞLU Tovuz şəhidlərindən bəzilərinin ailələrini himayəyə götürüb

Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri Tovuz döyüşlərində torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olmuş hərbçilərimizin məzarlarını ziyarət edib, daha sonra onların ailələri ilə görüşüblər.

Azeri Defence saytının AZƏRTAC-a istinadən verdiyi məlumat görə, nümayəndələr Ağstafa və İsmayıllı rayonlarından olan şəhid hərbçilərimiz çavuş Sadıqov Vüqar Lətif oğlu, əsgər İsmayılov Nazim Əfqan oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlunun ailələrinə Veysəloğlu Şirkətlər Qrupu adından bir daha başsağlığı verib və rəhbərliyin şəhid ailələrinə ünvanlanmış məktubunu çatdırıblar.

Görüşlərdə məlumat verilib ki, rəhbərliyin qərarına əsasən, həmin şəhid ailələri Veysəloğlu Şirkətlər Qrupu tərəfindən himayəyə götürülüb.

Qərarda şəhid Nazim İsmayılov və Xəyyam Daşdəmirovun valideynlərinə, şəhid Vüqar Sadıqovun isə hər 3 övladına 18 yaşı tamam olana qədər müəyyən olunmuş məbləğdə aylıq maddi yardım ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində iyul ayında baş verən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi qulluqçusu şəhid olub.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələri, Qarabağ qaziləri və müharibə veteranlarına, həmçinin təhsil, idman və s. sahələrdə də dəstək xarakterli layihələrini davam etdirir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş