Vilayət Eyvazov komendant təyin edilib

Vilayət Eyvazov komendant təyin edilib

Prezident İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azeri Defence saytının Prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilsin.

KATEQORIYA:
Bu xəbəri paylaş