Vilayət Eyvazov: Vətən müharibəsində Daxili Qoşunların 65 hərbi qulluqçusu şəhid olub, 347 nəfəri yaralanıb

Vilayət Eyvazov: Vətən müharibəsində Daxili Qoşunların 65 hərbi qulluqçusu şəhid olub, 347 nəfəri yaralanıb

Yanvarın 18-də Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib.

“Poliqon” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, general-polkovnik Vilayət Eyvazov bildirib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, Azərbaycan üçün ən uğurlu illərdən biri olub.

“Uzun illər işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edilib, tarixi ədalət bərpa olunub.

Bu döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb”, – deyə general-polkovnik Vilayət Eyvazov bildirib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş