“Virtus Soldier System” – Britaniya Ordusunun yeni fərdi müdafiə və təchizat sistemi – VİDEO

Böyük Britaniya Silahlı Qüvvələri 2016-cı ildən başlayaraq yeni fərdi müdafiə və təchizat sisteminə keçəcək.

“AzeriDefence”nin məlumatına görə, 2006-2009-cu illərdən hərbçilərin istifadəsində olan “Osprey” fərdi təchizat sistemindən imtina olunur. Bundan sonra ingilis hərbçilər “Virtus” (Virtus Soldier System) adlanan fərdi müdafiə və təchizat sistemindən istifadə edəcəklər.

Mütəxəssislərin sözlərinə görə, “Virtus” sistemi döyüşçüdə funksionallığı artıracaq, daha əvvəlkilərə nisbətdə ümumi çəkini azaldacaq və manevr imkanını yüksəldəcək. Sistem bir neçə şirkətin iş birliyi sayəsində reallaşdırılıb.

İsrailin “Source Vagabond Systems Ltd” şirkəti sistemin dəbilqə, hərbçinin görmə orqanlarının mühafizəsi, qəlpə əleyhinə paket, ballistik lövhlərini hazırlayıb. Bundan başqa adıçəkilən şirkətin qasıq nahiyəsinin ballistik müdafiəsi, yükaparma kəməri, səhra çantası və içməli su sistemini də “Virtus”a daxil edilib.

Virtus-Soldier-System-photo-3

Əsgərin başının müdafiəsi isə Kanada şirkəti olan “Revision Military”inin texnologiyası əsasında təkmilləşdirilib. “Virtus”un əsas dəbilqəsi “Batlskin Cobra Plus” olacaq. Bu yüngül sayılacaq (1,42 kq) dəbilqədə ballistik müdafiə yüksək səviyyədə təşkil olunub.

Virtus-Soldier-System-photo-4

“Modular Protective Attachment System” (MPAS) isə üzün müxtəlif şəkildə müdafiəsini təmin edəcək elementləri sistemə əlavə edib.

Gözlərin müdafiəsi üçünsə “Revision Sawfly” və “WolfSpider” eynəkləri istifadə olunur.

“Source” şirkəti isə yeni platforma gödəkcələrini “Virtus” sisteminə daxil edib. Bu gödəkcəyə xüsusi qatqılar əlaqvə olunub ki, qeyd olunan detal həm çiyin, həm qasıq, həm boyun nahiyəsini müdafiə edir.

Virtus-Soldier-System-photo-5

Sistemin ümumi çəkisi 3,99 kq-dır. Bundan əvvəlki “Osprey” modelinin isə çəkisi 4,7 kq təşkil edib.

Səhra çantasının detalları haqqında isə geniş bilgi verilməyib.

Virtus-Soldier-System-photo-6

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş